Rusiyada verilmiş səfərbərlik qərarı artıq bu ölkənin müxtəlif regionlarda proplemlər yaratmaqdadı. Baki-xeber.com “The Moskow Times”-ə istinadən bildirir ki, federasiyanın Uzaq Şərq regionu olan Xabarovskda yanlış şəkildə səfərbərlik həyata keçirilir. Bunu bazar ertəsi bölgənin qubernatoru Mixail Deqtaryov etiraf edib. O, çağırış komissiyasında həddi aşdığına görə baş əsgəri vəzifəsindən azad edib. Qubernator vəziyyəti belə şərh edib: “Son 10 gün ərzində çağırış vərəqəsi alıb hərbi komissarlığa gələn bir neçə min soydaşımızın yarısı seçim meyarlarına uyğun gəlmədiyi üçün evlərinə qaytarılıb”. Rusiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq belə bir xaosla qarşılaşıb. Səfərbərliklə bağlı yaranmış qarışıqlıq Kremlə sadiq olan şəxsləri də narahat edir. Vladimir Putin qismən səfərbərliklə bağlı səhvləri etiraf edtikdən sonra region başçıları vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atırlar. Regionda şizofreniya xəstələrinin və əlil uşaqların səfərbərliyə cəlb edilməsindən sonra M.Deqtaryovun belə açıqlama verməyə vadar olduğu iddia olunur. Görünür, Rusiyada bir müddət səfərbərlik xaosu davam edəcək.
Ceyhun MİRZƏLİ