Putin taktiki nüvə silahından təkbaşına birbaşa istifadə edə bilməyəcək. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, bunu təhlükəsizlik üzrə ekspert Rayner Saks deyib. Nüvə zərbəsinin daha çox psixoloji tərəflərindən danışan ekspert müasir hərbi arsenalların bu silahdan daha effektli olmasını bəyan edib. R.Saks deyib ki ,Rusiyanın nüvə başlıqları əsasən kritik infrastruktur obyektləri və qoşun konsentrasiyalarını sıradan çıxarmaq gücündədir. R.Saks sonra soyuq müharibə illərini xatırlayaraq fikrini belə davam edib: “Sovet İttifaqı nüvə başlıqlarını Qərb ölkələriylə müqayisədə daha çox istehsal edirdi. Bu baxımdan Rusiyanın sərəncamında hazırda mindən çox belə başlıq var. Onlar müəyyən şərtlər daxilində istifadə oluna bilər. R.Saks bir tərəfdən də Rusiyanın nüvə başlıqlarından şantaj məqsədi ilə istifadə etmək istəyini bildirib. Moskvanın əsas məqsədinin Ukraynanı qorxutmaqla onu öz şərtləri daxilində danışıqlara cəlb etmək olduğunu bildirib.
Ceyhun MİRZƏLİ