İsrail Rusiya və Ukraynadan gələn böyük öç dalğasını qəbul etməyə hazır olduğunu bəyan edib.
“Rusiya və Ukraynada baş verən son hadisələr fonunda İsrailə böyük bir köç dalğasını qəbul etməyə hazırlaşırıq”, - deyə İsrail Baş Nazirliyindən bildirilib.
Sözügedən miqrasiya dalğasının on minlərlə insanı əhatə edəcəyi bildirilib.
İsrail Mərkəzi Statistika Mərkəzinin məlumatına görə, son 20 ildə İsrailə ən çox köç iki ölkə Rusiya və Ukraynadan olub.
Rusiya və Ukraynadan İsrailə köçənlərin əksəriyyəti yəhudi əsilli mühacirlərdir və onlara İsrail qanunlarına əsasən vətəndaşlıq verilir.
Tahir TAĞIYEV