Şimali Koreyaya qarşı üçlü təlim

ABŞ, Cənubi Koreya və Yaponiya üçtərəfli anti-sualtı təlimlərə başlayıb. Baki-xeber.com "Associated Press"-ə istinadən bildirir ki, bu təlimlər Şimali Koreyaya xəbərdarlıq mahiyyəti daşıyır. ABŞ vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya səfərindən sonra Pxenyan havaya beş buraxılış raketi atmışdı. Seul bəyan edir ki, təlimlərin məqsədi Şimali Koreyanın sualtı qayıqlara raket atmasının qarşısını almaqdı. Qeyd edək ki, son dövrlərdə Pxenyan nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa edir. Bu da rəqiblər üçün təhlükədi. Bu təlimlərdə ABŞ-ın "USS Ronald Reyqan" nüvə daşıyan təyyarəsi də iştirak edir. Ötən həftə Cənubi Koreya rəsmiləri Şimalın raket hazırlığı görməsi barədə xəbərdarlıq etmişdilər.
Ceyhun MİRZƏLİ