İran etirazları Baydenin siyasətinə təsir edəcək?

img

Məhsa Əmininin qətlə yetirilməsilə başlanan İrandakı etirazlar ABŞ-ın siyasətində dəyişiklik olmasını labüd edir. Baki-xeber.com "Fox News"-a istinadən bildirir ki, Co Bayden BMT-dəki çıxışında İranda etiraz edən cəsur vətəndaşların yanında olduğunu bəyan edib. Hətta ABŞ Xəzinədarlıq katibi  İran liderinə sanksiya tətbiq etmək çağırışı edib. Lakin bu sözlərin davamı gəlmədi. Təhlükəsizlik müşaviri Ceyk Sallivan isə İranda repressiya edilən insanlardan söz açan zaman nüvə diplomatiyasını da davam etdirməyin vacibliyindən danışıb. Demək ki, Bayden adminnistrasiyası İranı nüvə razılığına gətirmək istəyir. Artıq bir neçə vaxtdır ki, bu siyasət aparılır. Yeri gəlmişkən xatırladaq ki, ABŞ-ın bu siyasi gedişindən ən çox narazı qalan tərəf İsraildir. İranla razılaşma Barak Obamanın arzusu idi. Bu baxımdan Baydenin demokrat sələfinin siyasətini davam etdirməsi məntiqli görünür. İranda həbs edilən, öldürülən insanların olmasına baxmayaraq, ABŞ-ın rəsmi Tehranla münasibətini bu baxımdan daha da gərginləşdirməyəcəyi görünür.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər