Monteneqro Rusiya casuslarını həbs edir

img

Monteneqroda ölkənin maraqları naminə əməliyyat elan edilib. Baki-xeber.com "DW News"-a istinadən bildirir ki, bu ölkədə altı diplomat Rusiyanın xeyrinə casusluqda ittiham olunub. Sentyabrın 29-da ölkədə casusluqda şübhəli bilinən şəxslərlə bağlı araşdırmalar başlayıb. Altı diplomatdan əlavə otuz Rusiya vətəndaşı da həbs edilib. Həbs olunanlar arasında Moneoneqronun Xarici İşlər Nazirliyində uzun müddət işləmiş Radomir Sekuloviç də var. Baş nazir Dritan Absazoviç əməliyyatın xarici tərəfdaşlarla aparıldığını qeyd etsə də, detallar barədə məlumat verməyib. Rusiyanın bu ölkədə 2016-cı ildə dövlət çevrilişi edib, keçmiş baş nazir Milo Cukanoviçə sui-qəsd etmək istəyi olduğu bildirilir. Moskvanın əsas hədəfinin Monteneqronun NATO-ya inteqrasiyasını dayandırmaq olduğu deyilir.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər