Şok iddia: Rusiya Ukraynada taktiki nüvə hücumuna hazırlaşır – “ölü zonalar” yaradılacaq…

img

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş ərazilərinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) ilhaqı rəsmiləşdi.

Rusiyanın bu həmləsindən sonra İngiltərə mətbuatı sözügedən bölgələrlə bağlı dəhşətli bir iddia ortaya atıb.

“The Mirror” qəzetində yer alan xəbərə görə, Britaniya və Amerika kəşfiyyat orqanları Ukraynanın son hücumlarından sonra Rusiyanın müharibəni öz xeyrinə çevirəcək hücum hazırladığına dair məlumat əldə ediblər.

“The Mirror”a danışan Britaniya təhlükəsizlik mənbələrinə görə, Ukraynada ələ keçirdiyi bəzi torpaqları itirən Rusiya ilhaq etdiyi dörd bölgənin - Donetsk, Luqansk, Zaporojya və Xersonun qərbində taktiki nüvə hücumu təşkil edə bilər. Sözügedən ərazilərə qarşı təşkil olunacaq nüvə hücumu ilə Ukrayna ordusunun yaxınlaşmasının qarşısı “radiasiya zonası (ölü zona)” vasitəsilə alınacaq.

Xəbərdə Qərb rəsmilərinin Putinin belə bir hücumla müharibəni qızışdıracağından narahat olduğu qeyd edilib.

Qeyd edilir ki, taktiki nüvə hücumlarla ilə bir şəhər və ya kənd tamamilə məhv edilə bilər.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər