Putin Xerson və Zaporojyenin müstəqilliyini tanıdı…

Rusiya prezidenti Putin Ukraynada rus ordusu tərəfindən ələ keçirilən Xerson və Zaporojye vilayətlərinin qondarma müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb.
Qeyd edək ki, ötən günlərdə Rusiya tərəfindən hər iki şəhərdə referendum keçirilib və Rusiya mənbələri səsvermədə iştirak edənlərin “Rusiyaya birləşmək” qərarını verdiyini bildiriblər.
Tahir TAĞIYEV