Çərşənbə günü Rusiyada dərc olunan sorğunun nəticələrinə görə, Vladimir Putinin reytinqi aşağı düşüb. Baki-xeber.com “The Moskow Times”-ə istinadən bildirir ki, sorğuda iştirak edən rusların 77 faizi prezidentin fəalliyətini bəyəndiyini deyib. Bu etimad rəqəmi Ukraynada savaşın başlanmasından əvvəl 83 faiz idi. Bu da artıq altı faiz geriləmə deməkdir.
Bu nəticə Putinin 2018-ci ildə işçi pensiyaçıların yaş artımı ilə bağlı etirazlardan sonra ən böyük düşüşdü. Səfərbərlik qərarından sonra on minlərlə insan açıq etirazını nümayiş etdirdi. Yüzlərlə insan həbs olundu. Baş nazir M.Mişustin və kabinetinə olan etimad da bir qədər azalıb.
Sorğu onu da göstərib ki, hər 10 rusdan 6-sı ölkəsinin düzgün istiqamətdə getdiyini düşünür. Qeyd edək ki, bu sorğunu Rusiya hakimiyyətinin xarici agent kimi qiymətləndirdiyi “Levada” qrupu həyata keçirib. Sorğu 137 qəsəbə və şəhərdə 1600 şəxs arasında keçirilib.
Ceyhun MİRZƏLİ