Rusiyanın Ukraynanın dörd vilayətində keçirdiyi referendum nəticəsində ilhaq elan oluna bilər. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, işğal edilmiş vilayətlərin liderləri Moskvaya gəliblər. Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin referendumun nəticələri ilə bağlı qərar verəcəklərini bəyan edib.
Rusiya xəbər agentlikləri məlumat verir ki, oktyabrın 4-də subyektlərin Moskvaya tabe olmasıyla bağlı qərar verilə bilər. Bununla yanaşı, Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Moskvanın hərəkətlərini təbliğat şousu adlandıraraq, torpaqlar uğrunda sona qədər savaşın gedəcəyinin xəbərdarlığını edib. Rusiyanın referendumuna qarşı artıq Avropa İttifaqı Moskvaya qarşı səkkinci sanksiyalar paketini elan edib. Avropa Komisiyyasıının rəhbəri Ursula fon der Lyayen “Rusiyanın işğal etdiyi ərazilərdə təşkil etdiyi referendumlar torpaqları ələ keçirmək və beynəlxalq sərhədləri zorla dəyişdirmək cəhdidir”- deyə bildirib.
Ceyhun MİRZƏLİ