2022-ci il başlayandan dünyada qlobal tənəzzülün başlanması xəbərdarlığı gündən-günə artmaqdadır. Baki-xeber.com “Aljazerra”-ya istinadən bildirir ki, ötən həftə Ümumdünya Ticarət Təşkilatının rəhbərindən tutmuş Nobel mükafatçısı Pol Kruqmana qədər hər kəs tənəzzüllə bağlı xəbərdarlıq edib. DAVOS-un yayımlanan sorğusunda 2023-cü ilə qlobal tənəzzülün azı müəyyən dərəcədə reallaşacağı proqnoz olunub.
ABŞ-da yerləşən ”Ned Davis Research” firması qlobal tənəzzül ehtimalını 98.1 faizə yüksəldib. Bu rəqəm 2008-ci il böhranından sonra ən yüksək göstəricidir. Həmçinin ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aqressiv şəkildə artıracağı ehtimal olunur. Bu addım Ukraynadakı müharibə, Çinin qaçaq infilasiya siyasətinin fonunda baş tuta bilər. FED sədri Cerom Pauel də vəziyyətin ağırlığını etiraf edərək deyib: “Əgər 2022-ci ilin son aylarında ABŞ-da infilasiya rəqəmlərində soyuma olmazsa 2023-cü ilin yazına qədər faiz dərəcləri kifayət qədər artırılacaq. Bu da iqtisadi tənəzzülə gətirib çıxara bilər”. Göründüyü kimi, 2023-cü il dünya iqtisadiyyatı üçün fəlakətli il ola bilər.
Ceyhun MİRZƏLİ