Avropada qaz xətləri ilə bağlı narahatlıqlar davam etməkdədir. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, Rusiyanın hər addımının arxasında strateji maraqları durur. Estoniyanın müdafiə naziri Hanno Pevkur Rusiyanın Baltik dənizinə çıxışı bağlaya biləcəyinin xəbərdarlığını edib. Müdafiə naziri belə deyib: “İndi təsəvvür edin, gözəl günlərin birində mətbuatda məlumat yayılır ki, Rusiya hərbi gəmiləri təmir zamanı boru kəmərlərini qorumaq üçün Danimarka boğazlarına göndərilir. Və onlar hücumdan qorunmaq üçün müdafiə xətti yaradır və girişi bağlayır. Bununla da Baltik dənizi Rusiya üçün strateji yerə çevrilər”. Nazir yenə də ingilislərin əhəmiyyətindən danışaraq, Britaniya ordusunun gücündən istifadəni artırmağı tövsiyə edib.
Ceyhun MİRZƏLİ