Türkiyə Prezidenti Ərdoğan Rusiyanın Ukraynanın bəzi bölgələrində mübahisəli referendum keçirməsinə münasibət bildirib. Sülh üçün ümidsiz olmadığını deyə Ərdoğan bunun diplomatik səyləri çətinləşdirdiyini bildirib.
“4 şəhərdə keçirilən referendum hadisəsi problem yaradır. Kaş belə bir referendum keçirilməsəydi, amma bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Biz cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Dostlarım əlaqə saxlayacaq və mən sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim.
Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendumun keçirilməsi narahatedicidir. Bu cür hadisələr diplomatik prosesin canlandırılmasını çətinləşdirir. Mən narahatam ki, Ukraynanın işğal olunmuş bölgələrində referendum olayı, ilhaq qərarı çıxarsa ki, mən bundan narahatam... Tanıdığım Putin ağlına nəsə qoysa, onu mütləq edər. Ona görə də sabahkı görüşümüz məni çox maraqlandırır” – Ərdoğan deyib.
Tahir TAĞIYEV