Estoniya ərazisində yerləşən Britaniya ordusunun ölkədə qalmasında maraqlıdır. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, ölkənin müdafiə naziri Hanno Pevkur belə deyib. Müdafiə naziri artıq Britaniya ordusunun yerləşməsinin bir il də uzadılmasını qeyd edib. Nazir “The Times” qəzetinin milad bayramından sonra 700 nəfərlik əsgər qrupunun Estoniyadan çıxacağını yazmışdı. H.Pevkur da bu ikinci döyüş qrupunun ölkəsində qalacağına ümid bəsləmədiyini deyib. Lakin bununla yanaşı o belə deyib: “İngilislərlə həm briqada səviyyəsində, həm də Eston döyüş qrupunun imkanları cəhətdən razılığa gəlmişiksə, o zaman onların burada qalacağı və digər mütəffiqlərin də gələcəyini istisna etmək olmaz”. Nazir həmçinin bildirib ki, Estoniyanın öz imkanlarını təkmilləşdirmək və son müdafiə qərarlarının verilməsində İngiltərənin mühüm rolu olub. O baxımdan Rusiyanın Ukraynaya hücumu Estoniyaya təsir etməyib.
Ceyhun MİRZƏLİ