ABŞ-ın Çinlə Sakit okean region uğrunda mübarizəsi davam etməkdədir. Baki-xeber.com “Aljazeera”-ya istinadən bildirir ki, sentaybrın 28-də Vaşiqntonda bu ölkələrin sammiti işə başlayacaq. İclas Çinin xarici işlər naziri Vanq Yinin bu regiona on günlük səfərindən dərhal sonra baş verir. Co Bayden Sakit okean ölkə liderlərini sammit çərçivəsində qəbul edəcək. C.Baydenin region üzrə köməkçisi Kurt Campell bu sammitin məqsədinin həm də əsas resursları masaya qoymaqdan ibarət olduğunu deyib. Onun sözlərinə görə, bu sammiti əsas oyunçuları cəlb edən davamlı səy kimi qiymətləndirmək lazımdı.
Sammit bu il ABŞ-ın Sakit okean regionunda sonuncu diplomatik fəallığı kimi qiymətləndirilir. ABŞ-ın vitse-prezidenti Kamala Harris regionda yeni səhifə açıldığını, yeni maliyyə və inkişaf dəstəklərinn artırıldığını bəyan edib.
Ceyhun MİRZƏLİ