Avropa ölkələri qaz təxribatı və təhlükəsi ilə üz-üzə qalıblar. Baki-xeber.com-un “The National”a istinadən xəbərinə görə, Avropanın baş diplomatı Josep Borrel bildirib ki, “Şimal Axını 1” və “Şimal Axını 2” boru kəmərlərindəki sızmaların qəsdən edilmiş hərəkət nəticəsində baş verdiyi təxmin edilir. Artıq bununla bağlı araşdırma aparılması qərara alınıb. İsveç sızmaların partlamalar nəticəsində baş verdiyi qənaətinə gəlib.
Artıq patrullar və donanmaların fəaliyyəti nəticəsində üç sızma xətti aşkar edilib. Boru kəmərlərinn dayanması ətraf ərazilər üçün təhlükəszilik problemini artırıb. Avropa rəsmiləri bildiriblər ki, regionun enerji sturukturunun qəsdən pozulması qəbuledilməzdir və buna ciddi cavab veriləcək.
Polşanın keçmiş daxili işlər naziri Radek Tsikorski də baş verənlərə reaksiya bildirib. O, qaz təhlükəsinə görə ABŞ-ı ittiham edib və Birləşmiş Ştatları V.Putinin Avropaya qaz şantajı etməsində dolayı köməyinə görə tənqid edib.
Ceyhun MİRZƏLİ