Vladimir Putin Ukraynanı ələ keçirmək planlarını icra edir, baxmayaraq ki, şansları azalmaqdadır. Baki-xeber.com “RBC Ukrayna”-ya istinadən bildirir ki, bu barədə Bloomberg məlumat verib.
Nəşrin yazdığına görə, səfərbərlik qərarından sonra Rusiya Xarkov və Odessanı ələ keçirə bilər. Moskva uzun müddətdir ki bu məqsədə nail olmaq istəyir. Ukraynanın müharibə meydanında uğur qazanmasına baxmayaraq, Rusiya öz qüvvələrinə hələ arxayındır. Moskva əlindəki qüvvələrin Ukrayna ordusunu durğunluğa gətirib çıxaracağına inanır. Lakin bununla yanaşı, 300 minlik təlim keçməmiş ordunun Ukraynanın irəliləyişini bir qədər dayandırma ehtimalı var. Hərbi analitiklər belə hesab edir. Bir yandan da Kiyev ABŞ-dan istədiyi qədər silah ala bilmir. Qərb dairələri müəyyən silahları, raketləri verməkdən hələ də ehtiyat edirlər.
Ceyhun MİRZƏLİ