İranda davam edən etirazlar fonunda keçmiş prezident Ə.Ə. Rəfsəncaninin qızı saxlanıb. Baki-xeber.com Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Faizə Rəfsəncani etirazları dəstəkləməsinə görə cəzalandırılıb. Onun hansı qüvvə tərəfindən saxlandığı ilə bağlı heç bir məlumat verilmir. Qeyd edək ki, sentyanbrın 17-dən başlanan etirazlarda artıq onlarla şəxsin həlak olduğu bildirilir. İranın, demək olar ki, bütün şəhərlərində etirazlar davam edir. İnsanlar artıq birbaşa dini idarəçiliyə qarşı şüarlar səsləndirirlər. Bu etirazlara qarşı, polis tədbirlərilə yanaşı, höküməti dəstəkləyən yürüşlər də keçirilməkdədir.
Ceyhun MİRZƏLİ