ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Hindistan və Pakistanla ölkəsinin əlaqələrindən danışıb. Baki-xeber.com "The Hindu" ya istinadən bildirir ki, N.Prays Hindistanın xarici işlər naziri S.Ceyşankarla görüşündə bildirib ki ABŞ-ın bu iki ölkə ilə münasibəti müxtəlif xarakterlər daşıyır. ABŞ-ın Pakistana son F-16 yardımı Hindistanı narahat edib. S.Ceyşankar görüş zamanı N.Praysın sözlərinə reaksiya verərək: "Bu sözləri deməklə heç kimi aldatmırsınız" deyib. N.Prays isə Pakistanla xüsusi münasibətlərin olmamasına diqqət çəkib.
Qeyd edək ki, C.Bayden D.Trampdan fərqli olaraq Pakistana dayandırılan F-16 yardımını bərpa edib. D.Tramp Pakistanı Talibana sığınacaq verdiyi üçün bu yardımdan məhrum etmişdi. N.Prays Hindistanla Pakistanın konustruktiv münasibətlər yaratmağında Amerikanın maraqlı olduğunu bildirib.
Ceyhun MİRZƏLİ