"Son günlərdə biz Rusiyadan çıxmağa məcbur olan insanları ölkəməizdə görürük. Ruslar ölkələrini tərk ediblər ona görə də ümidsiz vəziyyətdədirlər". Baki-xeber.com "The Moskow Times"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Qasım Comərd Tokayev deyib. Qazaxıstan lideri rusların təhlükəsizliyinin təmininin həm siyasi, həm də insani məsələ olduğunu diqqətə çatdırıb. Moskvanın Ukraynaya təcavüzünü və orada referendum keçirməyi tənqid edən Q.Tokayev ölkələrin ərazi bütövlüyünün sarsılmaz olduğunu bu prinsiplərin açarı kimi qiymətləndirib. "Yaxınlığımızda müharibə gedir, biz öz təhlükəsizliyimizi düşünməliyik" - Qazaxıstan prezidenti fikrini belə tamamlayıb.
Qazaxıstan daxili işlər nazirliyinin hesablamasına görə, 21 sentaybrda səfərbərlik elan olunan kimi Rusiyadan bu ölkəyə 98 min şəxs daxil olub.
Ceyhun MİRZƏLİ