İngiltərə Elm Komisiyyası Nazirliyi "Tik-Tok"u cəzalandıra bilər. Baki-xeber.com Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir ki, buna səbəb 13 yaşlı uşaqların şəxsi məlumatlarının götürülməsidir. Həmçinin məlum olub ki Tik-Tok istifadəçilərə yetərli məlumat verə bilmir. 13 yaşdan aşağı şəxslərin Tik-Tokdan istifadə etməsinin qadağan olunmasına baxmayaraq, uşaqların 44 faizi bu şəbəkədən istifadə edir. Uşaqların internetlə əlaqələrinin yoxlanması bu baxımdan vacib hesab edilir. Bu işə görə Tik-Tok 29 milyon dollar məbləğində cəzalandırıla bilər.
Ceyhun MİRZƏLİ