Qazaxıstanda türk tarixi, mədəniyyəti ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Baki-xeber.com "Kazinform"a istinadən bildirir ki, Qasım Comərd Tokayev Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət edib. Prezident bəyan edib ki, bu şəhərə hökümətin tarixi şəhər statusu vermək planı var. Çünkü burada Ə.Yəsəvidən də başqa görkəmli türk şəxsiyyətlərinin məzarları var. "Şübhəsizdir ki, bu müqəddəs şəhəri mənəvi və tarixi paytaxtımız adlandırmaq düzgün olardı. Buna görə də elə hesab edirəm ki, hökümət Türküstana belə bir status verilməsi ilə bağlı müvafiq qərar verəcək" - Tokayev deyib.
Ceyhun MİRZƏLİ