Rusiya Ukraynada böyük raketlərdən istifadəni məhdudlaşdırır. Baki-xeber.com "Unian"-a istinadən bildirir ki, Moskva qışda kritik infastrukturuna zərbə vurmaq üçün qanadlı raketlərdən istifadə edə bilər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava komandanlığının nümayəndəsi Yuri İqnat məlumat verib: "Biz görürük ki düşmən "Kalibr", "İsgəndər 101" kimi yüksək dəqiqliklə vuran raketlərin istifadəsini dayandırıb. Göründüyü kimi, qarşı tərəf bunu kritik məkanları vurmaq üçün saxlayır".
Ceyhun MİRZƏLİ