Rusiya prezidenti Vladimir Putin ABŞ kəşfiyyat məlumatlarını sızdıran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, 2013-cü ildə ABŞ-dan Latın Amerikasına, oradan da Rusiyaya qaçan Snouden bir il müddətinə müvəqqəti yaşamaq icazəsi alıb, 2020-ci ildə isə Rusiyada daimi yaşayış icazəsi alıb.
Kremldən verilən yazılı açıqlamada prezident Putinin Snoudenə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı fərmanı imzaladığı açıqlanıb.
Putinin verdiyi bu qərarla Snouden kəşfiyyat məlumatlarını sızdırdığına görə ABŞ-da mühakimə olunmaqdan xilas olub.
Tahir TAĞIYEV