Türkiyənin Mersin şəhərində iki qadın terrorçunun polis yataqxanasına hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, terrorçu qadınlar polislərlə atışmada yaralanıb, daha sonra isə özlərini üzərlərində olan partlayıcı ilə partladıblar.
Nazir qeyd edib ki, hücumun arxasında duran bütün şəxslər müəyyən ediləcək və cəzaları veriləcək.
Daxili İşlər Nazirliyi Mersinin Mezitli məhəlləsində polis evinə hücumla əlaqəsi olduğu ehtimal edilən bir şübhəlinin silahla saxlanıldığını açıqlayıb.
Tahir TAĞIYEV