“Kremlin aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojin Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətini nə vaxt və necə qurduğunu ilk dəfə açıqlayıb. O, “Vaqner” şirkətini 2014-cü il mayın 1-də Donbasdakı münaqişələrə görə, qurduğunu deyib.
Priqojinin “Konkord” şirkətinin yaydığı yazılı açıqlamada Priqojinin “Vaqner”in qurulması ilə bağlı açıqlamaları yer alıb.
2014-cü ildə Ukraynanın şərqindəki Donbasdakı qarşıdurmalara görə bölgəyə getdiyini bildirən Yevgeni Priqojin deyib: “Köhnə silahları təmizlədim, gülləkeçirməz jiletlərlə özüm məşğul oldum və bu mövzuda kömək edə biləcək mütəxəssislərlə görüşdüm.
O andan etibarənn, 2014-cü il mayın 1-də, sonradan “Vaqner” adığı alan bir qrup vətənpərvər meydana çıxmış oldu”.
Qrupun Luqansk və Donetskin taleyini dəyişdiyini deyən Priqojin “Vaqner”in Suriya ilə yanaşı digər ərəb ölkələrində, Afrika və Latın Amerikasında da fəaliyyət göstərdiyini qeyd edib.
Tahir TAĞIYEV