Dünya iqtisadiyyatı Rusiya-Ukrayna müharibəsinə görə ötən illə müqayisədə daha böyük zərbə alacaq. Baki-xeber.com “France 24”-ə istinadən bildirir ki, bu barədə “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı”nın hesabatında bildirilib. Parisdə yerləşən təşkilatın hesabatında məlumat verilir ki, yaşayış minumumu surətlə artmaqdadır və bu, infilasiyanın qalxması ilə paralel gedir. Bir sıra göstəricilər pisləşib və artım proqnozu zəifləyib. Təşkilat qlobal iqtisadiyyat üçün artım proqnozunu 2.8 faizdən 2.2 faizə endirib. Hesbatda nüvə və ərzaq təhlükəsizliyi ilə də bağlı narahatlıq ifadə olunub. Böyük 20-lər üçün də 2023-cü ildə infilasiyanın dərəcəsini artıb.
Ceyhun MİRZƏLİ