Rusiyadakı qismən səfərbərlik qərarı insanları bu ölkədən qaçmağa vadar edib. Ötən həftədən Rusiyadan başqa ölkələrə gedən təyyarələrin biletində yüksək qiymət artımı olub. Baki-xeber.com “Euronews”a istinadən məlumat verir ki, Monqolustan sərhədində də insan və maşın növbəsi yaranıb. Monqolustanın Altanbulaq qəsəbəsinin nəzarət-buraxılış məntəqəsindən bildirilib ki, 3000-dən çox rus bu ölkəyə keçib. Bu arada Dağıstanda müharibə əleyhdarları polislə toqquşub. Mahaçqalada “Müharibəyə son” tələbilə keçirilən aksiya zamanı 100-dən çox şəxs həbs edilib. Səfərbərlik elanı başlayan kimi insanlar daha çox İstanbul və Belqrada gediblər. Maddi imkanı zəif olan şəxslər isə Rusiyanən quru sərhədəində yerləşən dövlətlərə üz tutmağa məcbur qalırlar.
Ceyhun MİRZƏLİ