Ötən həftə Vladimir Putinin nüvə silahından istifadə edə biləcəklərini və bunun blef olmadığını bəyan etməsi yeni təhlükələr barəsində düşünməyə vadar edir. Baki-xeber.com “CNN”-ə istinadən bildirir ki, “Amerika Alimlər Federasiyası” nın hesablamasına görə, Rusiyanın əlində 4 477 nüvə başlığı var, bunlardan 1900-ü qeyri-strateji döyüş başlıqlarıdı.
Rusiyanın nüvə başlıqları hansı gücə sahibdir? İndi insanlara bu maraqlı gəlir.
Aşağı məhsuldarlıqla işləyən 10 kilotondan 100 kilotona qədər nüvə başlıqları dənizdən bir bölüm tankı və təyyarədaşıyan döyüş qrupunu məhv etmək gücündədir. Bu başlıq böyük dağıntıya səbəb ola bilər. Eynilə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atıldığı kimi. Bu bombalar təxminən 15-21 kiloton dinamitə bərabərdir.
500-800 kiloton gücündəki başlıqları bütün şəhərləri və bəzi qisimlərini yox etmək gücündədi.
Tətqiqatçıların hesablamasına görə, Yaponiyada atılan atom bombası 35-70 min arası insanın həyatına son qoyub. Bura dərhal partlayış nəticəsində həlak olanlar və sonradan ölənlər daxildir. Nyu-Cersi Texnologiya institutunun direktoru Aleks Velerşteynin fikrincə, nüvə silahının əsl fərqi partlayıcı məhsuldarlığında deyil, hədəfinə çatmasındadı.
Ceyhun MİRZƏLİ