Rusiya ordusunda səfərbərliyə alınanların əksəriyyəti fəaliyyət göstərə bilmir, çünki bunun üçün ciddi təlimə ehtiyac var. Baki-xeber.com “ERR News”-a istinadən məlumat verir ki, bunu Estoniya Müdafiə Liqasının komandiri Riho Yuhteq söyləyib. Komandir bildirib ki, Rusiyanın 300 min əsgər səfərbər etməsi hər kilometrdə 300-ə yaxın əsgərin qulluq etməsi deməkdir. İndiyə kimi Rusiya Ukraynada gücünün yarısı ilə döyüşüb. İndiki səfərbərlik ehtiyatı daha böyükdür. R.Yuhteq fikirlərinə belə davam edib:
“Aydındır ki, biz qarşıdakı həftələrdə aylarda maraqlı hadisələrin şahidi olacağıq. Müasir texnika keçmişdə qalacaq. Biz əsgərin İkinci Dünya müharibəsinin texnikasını işlətdiyini görəcəyik. Təlimlər zəif keçirildiyindən Rusiyanın səfərbər olan əsgərləri cəbhəyə bir neçə ay sonra göndəriləcəklər. Ukrayna ordusunun yaxşı, yaxud pis döyüşməsindən asılı olmayaraq qarşıdakı edilən hücumlar dayandıralacaq. Önümüzdəki qışda Ukrayna ordusunun əhəmiyyətli uğurlarını görə biləcəyik". Kiyevin qışda çətinliklə qarşılacağı bildirilsə də, R.Yuhteq fərqli fikrini belə ifadə edib.
Ceyhun MİRZƏLİ