Rusiya prezidenti Vladimir Putinin son bəyanatlarına münasibət bildirən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan xəbərdarlıq edib ki, Rusiya Ukraynada taktiki nüvə silahından istifadə etsə, bunun Moskva üçün fəlakətli nəticələri olacaq.
“Nüvə silahından istənilən istifadənin Rusiya üçün fəlakətli nəticələrə səbəb olacağı, ABŞ və müttəfiqlərimizin buna qəti şəkildə cavab verəcəklərini birbaşa, özəl və çox yüksək səviyyədə Kremlə çatdırdıq” – deyə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri bildirib.
Tahir TAĞIYEV