İtaliyanın yeni xanım liderindən Makrona sərt sözlər - Bizə dərs verməyə çalışma, Makron!

img

İtaliyada keçirilən ümumi seçkilərdə Giorgia Melonun rəhbərlik etdiyi ifrat sağçı İtaliya Qardaşları Partiyası (FdI) qalib gəlib. Demokrat Partiyası məğlubiyyətini etiraf etdikdən sonra Giorgia Meloni İtaliyanın ilk qadın baş naziri olub.

Meloninin 2018-ci ildə bir toplantıda Fransa prezidenti Emmanuel Makronu müstəmləkəçilikdə ittiham etdiyi çıxış yenidən gündəmə gəlib.

Meloni həmin çıxışında deyib: "Fransa nüvə reaktorları üçün istifadə etdiyi uranın 30 faizini Nigeriyadan çıxarır. Bununla belə, Nigeriya əhalisinin 90 faizi işıqsız yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki afrikalılar sizin siyasətinizə görə öz qitəsini tərk etmək məcburiyyətində qalırlar. Çözüm yolu afrikalıların Avropaya köçməsi deyil. Afrikalıların avropalılardan xilas olmasıdır".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər