Hansı ölkədə nə qədər nüvə başlığı olduğu məlum oldu – Rusiya liderdir…

img

Rusiya prezidenti Vladimir Putinin “Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün imkanlardan istifadə edəcək, bu blef deyil” sözləri ilə üstüörtülü nüvə təhdidi bütün dünyada narahatlığa səbəb olub.

Qeyd edək ki, İkinci Dünya Müharibəsindən bəri nüvə müharibəsi risqi ən yüksək səviyyəyə çatıb. Bəs, risqin artdığı bu dövrdə Rusiya və Qərbin nüvə silahı gücü nə qədərdir və hansı ölkədə nə qədər nüvə başlığı var?

ABŞ, Rusiya, Çin və Böyük Britaniya da daxil olmaqla 9 ölkədə təxminən 15.000 nüvə silahı var. Ən çox nüvə başlıqları isə Rusiya və ABŞ-dadır. Rusiyanın 6850 nüvə başlığı, ABŞ-ın isə 6450 nüvə başlığı var. Bu iki ölkədən başqa Fransanın 300, Çinin 280, İngiltərənin 215, Pakistanın 140-150, Hindistanın 130-140, İsrailin 80, Şimali Koreyanın 10-20 nüvə silahı var.

“Türkiyə” qəzetinə danışan müdafiə sahəsi üzrə analitiki Turan Oğuz bildirib ki, nüvə silahları geniş miqyasda istifadə edilərsə, ediləcək bir şey qalmaz. Əgər kiçik taktiki nüvə silahlarından istifadə edərlərsə, o zaman vəziyyət fərqli olacaq. Amma bu, sonda böyüyəcək. Əgər Rusiya kiçik taktiki nüvə silahlarından istifadə edərsə, NATO da cavab olaraq rus əsgərlərinə qarşı taktiki nüvə silahından istifadə edəcək. Bu, nəhayət, bütövlükdə nüvə müharibəsinə səbəb ola bilər ki, bunun da bir sonu olmayacaq".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər