İtaliyada dünən keçirilən ümumi seçkilərdə ifrat sağçıların lideri Gioria Meloni qalib gəldiyini elan edib. İtaliyanın ilk qadın baş naziri olacaq 45 yaşlı Meloni, seçkilərin nəticələrinin italyanların “İtaliya Qardaşları” altında sağ mərkəzçi hökumət istədikləri barədə açıq siqnal verdiyini deyib.
“İtaliya Qardaşları” Partiyasının (FdI) seçki mərkəzində mətbuat konfransı keçirən ifrat sağçı siyasətçi, yaşadıqları dövrün məsuliyyəti öz üzərinə götürmə zamanı olduğunu ifadə edərək deyib: "Tarixin bir parçası olmaq istəyirsinizsə, on milyonlarla insanın qarşısında nə cür bir məsuliyyət daşıdığınızı anlamanız gərəkən bir zamandayıq. İtaliya bizi seçdiyi, biz də ona heç vaxt xəyanət etməyəcəyik".
Giorgia Meloni qeyd edib ki, nəticə onlar üçün hədəf deyil, əksinə, onlar hərəkət etmək anındadırlar.
Seçkilərdə iştirak nisbətinin aşağı olmasından təəssüfləndiyini bildirən Meloni dövlət və vətəndaş münasibətlərini yenidən qurmalı olduqlarını bildirib.
İtaliya Daxili İşlər Nazirliyinin paylaşdığı məlumatlara görə, ümumi seçkilərdə iştirak nisbəti 63,9 faiz olub. Bildirilib ki, bu göstərici indiyə qədər keçirilən ümumi seçkilər arasında ən aşağı fəallıq göstəricisidir.
Tahir TAĞIYEV