Rusiya prezidenti Putinin tərəfdarı olan rusiyayönlü telekanalda çalışan aparıcı Olqa Skabeyeva hədələyici açıqlamalar verib.
Skabeyeva bildirib ki, Britaniya və Qərb "Armageddon"la (dünyanın sonu gələndə təxmin edilən böyük Qiyamət müharibəsinin adı) üzləşib və onların Moskvaya qarşı təhdidləri dünya miqyasında məhvə səbəb olacaq.
Olqa Skabeyeva Britaniyanın yeni baş naziri Liz Trussun Rusiyanı məğlub etməyə çalışaraq, dünyanın böyük fəlakət risqi ilə üzləşməsini gözə aldığını və “nüvə partlayışı” olmadan qələbənin mümkün olmadığını olduğunu deyib.
Skabeyeva bildirib ki, Rusiya Kiyev, London və Vaşinqtonu məhv edəcək. Aparıcı həmçinin, nüvə müharibəsinin Qərbin yaratdığı “fakt” olacağı ilə bağlı dünyaya xəbərdar edib.
Skyabeyevanın hədələyici bəyanatları, Trussun Putinin bu həftə qismən səfərbərlik elan etməsindən sonra BMT-də müharibəni Rusiya üçün “fəlakətli uğursuzluq” kimi xarakterizə etdiyi çıxışına cavab olaraq şərh edilib.
Skabeyeva "Nə istəyirlər? Rusiya üzərində qələbə istəyirlər. Nüvə partlayışı olmadan Rusiya üzərində qələbə mümkün deyil" deyib. O, “Ölkəmizin məhv olmasına imkan vermədiyimiz üçn kənarda qalmışıq”. ifadələrini işlədib.
Tahir TAĞIYEV