Kadırov səfərbərlik əleydarlarını yaxınları ilə birlikdə Ukraynadakı döyüş bölgələrinə göndərməklə hədələdi

img

Putinə yaxınlığı ilə tanınan Çeçenistan prezidenti Kadırov ölkəsindəki müharibə əleyhinə nümayişçiləri qohumları ilə birlikdə Ukraynadakı döyüş bölgələrinə göndərməklə hədələyib.

Qeyd edək ki, Rusiya prezidenti Putinin qismən hərbi səfərbərlik elan etməsindən sonra Rusiyadan məhdud sayda da olsa, xeyli insan etiraz aksiyaları təşkil edib. Bununla yanaşı çoxlu insan qonşu ölkələrə qaçmağa çalışıb.

Çeçenistan prezidenti Kadırov ölkəsindəki müharibə əleyhinə nümayişçiləri qohumları ilə birlikdə Ukraynadakı döyüş bölgələrinə göndərməklə hədələyib.

Rəsmi “Telegram” hesabından açıqlama verən Kadırov, "Bəziləri deyir ki, qismən səfərbərliyə qarşı çıxmalıyıq. Heç kim Putinin qərarını müzakirə etməməlidir, sadəcə itaət etməlidir. Hamınızı bu gülünc nümayişlərdən uzaq durmağa çağırıram" dedi.

Qeyd edək ki, Putin son aylarda Kadırova general-leytenant rütbəsi vermişdi.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər