Avstraliya xarici işlər naziri belə hesab edir

Avstraliyanın xarici işlər naziri Penni Vonq Çinə müraciət edib. Baki-xeber.com “9 news” kanalına istinadən bildirir ki, o, Çini Ukrayna müharibəsini dayandırmaq üçün öz nüfuzundan istifadə etməyə çağırıb. P.Vonq çinli diplomat Vanq Venbinlə görüşü zamanı bu xahişi edib. Xanım nazir jurnalistlərə açıqlamasında belə deyib: “Rusiya istisna olmaqla, hər bir ölkə Ukraynaya qanunsuz müdaxilənin BMT nizamnaməsinin pozulması kimi qiymətləndirir. Biz Çini böyük beşliyin nümayəndəsi kimi BMT nizamnaməsinə riayət etmək üçün, müharibəni bitirmək naminə təsirindən istifadə etməyə çağırırıq”. Çin xarici işlər nazirliyinin sözçüsü Vanq Venbin də tərəfləri danışıqlarla məsələni həll etməyə dəvət edib.