Rusiya Ukraynada referenduma başladı…

img

Rusiya Ukrayna ərazilərində referenduma başlayıb. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, dörd regionda keçirilən tanınmayan referendum Moskvanın ağır müharibə şəraitində bu əraziləri ilhaq etmək məqsədi daşıyır.  Savaşdan yeddi ay sonra yaranmış ağır durum Moskvaya təsir edir. Verilən səfərbərlik qərarı da etirazla qarşılandı. Ukrayna və onun Qərb mütəffiqləri əvvəlcədən bu səsvermənin nəticəsini tanınmayacağının bəyənatını verib.  Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Co Baydenlə birgə bu səsverməni saxta referendum, Fransa prezidenti E.Makron hüquqi nəticələri olmayan səsvermə kimi qiymətləndirib. V.Zelenski isə bunu boş hay-küy kimi qiymətləndirib.

Referendum olduqca böyük surətlə keçirilir. Donetsk və Luqanskın separatçı rəhbərləri cəmi üç gün öncə bunun elanını verdilər. İstər Kreml rəsmiləri, istərsə də Vaşinqton sözçüləri sentyabrda belə referendumun olacağını bildirirdilər. Səsvermə sentyabrın 27-dək davam edəcək.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər