ABŞ və Almaniya Ukraynaya yardımı gecikdirir…

img

Ukraynaya çatdırılacaq “Leopard “və  “M-1” Abrams tanklarının gəlişi gecikir. Baki-xeber.com “Ukrainkya Pravda” ya istinadən bildirir ki, Amerikanın “Politico” nəşri bu məlumatı yayıb. Mütəxəssislər bu silahların Ukraynaya böyük kömək edəcəyini bildirir. Ukrayna ordusu  bu silahlarla Rusiyanın Sovetlərdən qalma tanklarına böyük zərbə vuracaq. Hər iki ölkənin hərbi rəsmiləri maddi-texniki baxımdan proplemlərə görə bu tankların Kiyevə çatdırılmasında tərəddüd edir. Çünki bu müasir tanklara əlavə texniki qayğı da göstərmək lazımdı. Müharibə şəraitində bunu təmin etmək çətin görünür. Hər halda, Ukraynaya kömək edən qüvvələr də ciddi hesab içindədirlər. Qeyd edək ki, bundan öncə Almaniya kansleri Olaf Şults da Kiyevə silah yardımının çətinliyindən danışmışdı.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər