NASA-nın kosmik gəmisi asteroidlə toqquşacaq...

NASA-nın inşa etdiyi kosmik gəmi bu ayın sonu sınaq missiyasını həyata keçirəcək. Baki-xeber.com "Sky News"-a istinadən məlumat verir ki , sınaq uçuşu çərçivəsində kosmik gəmi asteriodlə qəsdən toqquşacaq. "Double Astreoid Redirection Test" adlı kosmik gəmi Britaniya vaxtı ilə 27 sentyabr saat 12.14 də toqquşmanı həyata keçirəcək. Bu, dünya üçün təhlükə yaratmır. Sadəcə, toqquşma asteroid qayalarını vuraraq müxtəlif istiqamətlərə yönəldir. NASA bununla bağlı müraciət edib" Asteroid parçasının vurulması planetimizi qorumaq üçün bunun nə qədər əlverişli olub-olmaması yoxlamaq üçün edilir".
Ceyhun MİRZƏLİ