Zelenski BMT tribunasından Rusiyanı cəzalandırmağa çağırdı

img

Volodimir Zelenski Rusiyanın təcavüzünə qarşılıq bu ölkənin cəzalandırılmasını tələb edib. Baki-xeber.com "BBC News"-a istinadən bildirir ki, Ukrayna prezidenti BMT sammitində çıxışında bu çağırışı edib. O, BMT tribunasından Rusiyanın törətdiyi cinayətlər barəsində çıxış etmək üçün istifadə edib. Rusiyanın 300 minlik səfərbərlik elanından sonra V.Zelenski daha çox hərbi yardım almağın vacibliyindən bəhs edib.  V.Zelenski, müharibəylə baxmayaraq, iki dəfə əsir mübadiləsi apardıqlarını söyləyib.

Səudiyyə Ərəbistanının vasitəçiliyilə  əldə edilən razılaşmada 215 ukraynalı hərçi qaytarılıb. Bunun qarşılığında 55 rus hərbiçisi geri verilib. Azad edilən ukraynalı hərbçilərin arasında Azov batalyonunun 108 əsgəri də var. Ukrayna lideri  Rusiyanın referendum planlarını qəti pisləyib. Ukraynaya bu məsələdə Qərb dövlətləri geniş dəstək verir. Azad edilmiş İzyum şəhərində 445 məzarın aşkar olduğu da diqqətə çatdırılıb.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər