Ukraynadakı müharibə səbəbindən Avropada qaz qiymətləri həddən artıq bahalaşıb. Baki-xeber.com "Ukrainskaya Pravda"ya istinadən bildirir ki, Böyük Britaniya ABŞ-dan uzunmüddətli maye qaz almaq niyyətindədi. "Bloomberg"in məlumatına görə, tərəflər arasında danışıqlar aparılır. Britaniya hökümətinin işçi qrupu 20 illik müqavilələr imzalamaq istəyir. Bunun üçün təkliflər axtarılır. Hələ ki, danışıqların detalları barədə açıqlama verilmir. Britaniyanın bu müraciəti Avropanın qaz ehtiyatları axtarması ərəfəsində baş verir. Lakin İngiltərə, digər Avropa ölkələrindən fərqli olaraq, qaz məsələsində Rusiyadan asılı deyil.
Ceyhun MİRZƏLİ