Britaniya rus oliqarxların əmlakını müsadirə etməyə hazırlaşır - Vestminster bələdiyyəsi hərəkətə keçdi

img

İngiltərənin paytaxtı Londonda Vestminster bələdiyyəsi “qara pullar”la alınan evləri müsadirə edib sosial evlərə çevirməyi planlaşdırır.

Britaniyanın aparıcı qəzetlərindən olan “The Guardian” Leyboristlər Partiyasının liderliyindəki bələdiyyənin bəyan edilən məqsədlər üçün istifadə olunmadığı müəyyən edilən daşınmaz əmlaklara “məcburi alqı-satqı ilə” həbs qoymağı planlaşdırdığını yazıb.

Bildirilir ki, bələdiyyə 4000 ailənin mənzil ehtiyacını ödəmək üçün bu mülkləri sosial evlərə çevirməyi qarşısına məqsəd qoyub.

Digər tərəfdən, əmlak satışında şəffaflıq meyarlarının olmaması səbəbindən bəzi daşınmaz əmlakların sahiblərinin müəyyən edilə bilməməsinin layihənin həyata keçirilməsinə maneə yaratdığı vurğulanıb.

Bu çərçivədə Vestminster bölgəsi və ətrafındakı Belgravia, Knightsbridge və Mayfair kimi dəbdəbəli binaların olduğu bölgələrin araşdırıldığı bildirildi. Bildirilir ki, qeyri-qanuni gəlirlərlə alınan əmlakların müəyyənləşdirilməsinə çalışılır.

Almaniyada yerləşən Transparency International qeyri-hökumət təşkilatının Böyük Britaniya qolunun paylaşdığı məlumata görə, rus oliqarxlarının Vestminsterdə aldığı mülklərin sayı 2010-cu ildən bəri 1200 faiz artıb.

Kremlə bağlı olduğu və ya korrupsioner olduğu düşünülən rus oliqarxlarının 2016-cı ildən bəri Vestminsterdə ümumilikdə təxminən 430 milyon funt sterlinq dəyərində daşınmaz əmlak aldıqları ifadə edilib.

Eyni tarixlərdə Vestminsterin qonşuları Kensington və Çelsidə isə oliqarxlara təxminən 283 milyon funt sterlinq dəyərində əmlak satılıb.

BBC-nin aprel ayında apardığı araşdırmada rus oliqarxlarının ölkədə 800 milyon funt-sterlinq dəyərində daşınmaz əmlaka sahib olduğu bildirilib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər