Türkiyə lideri Ərdoğan on ildə ilk dəfə olaraq İsrailin baş naziri ilə görüşüb. Baki-xeber.com “The National”a istinadən bildirir ki, görüş BMT-nin sammiti çərçivəsində baş tutub. Türkiyə və İsrail bir aydır diplomatik münasibətlıri bərpa ediblər. Baş nazir Y.Lapid HƏMAS-ın nəzarətində olan israilli əsirlərin qaytarılması üçün Ərdoğandan kömək istəyib. Nazirin ofisinin bəyənatında bildirilir ki, əsirlərin evlərinə qayıtması vacibdi. Qeyd edək ki, 2010-cu ildə “Mavi Mərmərə” gəmisi olayından sonra tərəflər arasında münasibətlər gərginləşmişdi. Lakin İsrail tərəfi Türkiyə ilə, xüsusən Yaxın Şərqdə əməkdaşlıq etməyin vacibliyini anladığına görə barışığa imza atdı.
Ceyhun MİRZƏLİ