ABŞ və Kanada gəmiləri Tayvan boğazında…

Co Bayden Tayvanı müdafiə edəcəyini bildirməsinin ardından ABŞ gəmiləri Tayvan boğazında görünüb. Baki-xeber.com “9 News”-a istinadən bildirir ki, ABŞ Dəniz Qüvvələrinin sözçüsü Mark Lenqford bu barədə məlumat verib: “Bu bizim Hind-Sakit okeanın təhülkəsizliyini qorumaqda sadiqliyimizi nümayiş etdirir. ABŞ tranzit gəmisi Kanada ilə əməkdaşlıq çərçivəsində bərabər hərəkət edib. Tayvan boğazına bu səfər Çin-ABŞ münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq.
Ceyhun MİRZƏLİ