01/10/2023 07:17
728 x 90

Ukrayna Kanadadan silah istəyir - Moskvanın referendum planını pozmaq planı…

img

Ukrayna ordusu  şərqdə Rusiya cinahına hücum edəndən sonra ehtiyacı olduğu silahların siyahısını Kanadaya təqdim edib. Baki-xeber.com “CBC” kanalına istinadən bildirir ki, Kanadanın müdafiə naziri  ukraynalı həmkarı Oleksi Reznikovdan  məktub aldığını təsdiq edib. Zelenski höküməti Kanadadan daha çox texnika və yüngül zirehli maşınlar istəyir. Belə görünür ki, Kiyevin Moskvanın referendum planlarını pozmaq planı var. Bu vaxta kimi Kanada Ukraynaya silah yardımı üçün 500 milyon dollar xərcləyib. İndi bu vəsait bitib. Buna baxmayaraq, Kanada Ukraynanın yanında olacağını bəyan edir. Müharibə başlayandan Kanada Kiyevə yardım etmək öhdəliyi götürüb. 

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər