Rusiya prezidenti Putin qismən səfərbərlik elan edib. Səfərbərlik tədbirləri bu gündən başlayacaq.
Putin bununla bağlı xalqa müraciət edib.
“Qərbin məqsədi Rusiyanı zəiflətmək, parçalamaq və məhv etməkdir, onlar 1991-ci ildə SSRİ-ni birbaşa parçalayıblar, indi Rusiyanın vaxtı çatıb.
Kiyev İstanbul da daxil olmaqla danışıqlara müsbət cavab verməyə başladı. Ancaq Qərb bunu istəmədi və Ukraynanın danışıqları dayandırmasına nail oldu. Burada əsas məsələ rusların yaşadığı və Rusiyadan dəstək tələb edən bu bölgələri və Rusiyanı müdafiə etməkdir. Qərbin məqsədi Rusiyanı zəiflətmək, bölmək və məhv etməkdir.
Bizim məqsədimiz Donbası azad etməkdir. Xüsusi əməliyyatın əsas məqsədləri dəyişməyib, Luqansk tam, Donetsk qismən azad edilib... Donbasdakı müttəfiq qüvvələr Donetsk torpaqlarını addım-addım azad edir, sistemli fəaliyyət göstərir, şəxsi heyətini qoruyur.
Qərb 2014-cü ildə müharibə başladaraq Ukrayna xalqını topa çevirdi. Qərb Ukrayna ilə Rusiya arasında sülh istəmir.
Ukraynada qabaqlayıcı hərbi əməliyyat qərarı tamamilə zəruri idi və yeganə mümkün qərarı idi, biz də bu qərarı qəbul etdik. Biz donbaslıları mənəvi cəhətdən tək qoya bilməzdik.
Ukraynanın Donbas, Zaporojye və Xerson vilayətlərinin müstəqillik qərarlarını dəstəkləyirik.
Qərb hər xətti keçib, məsuliyyətsiz siyasətçilər Ukraynaya hücum silahlarının verilməsindən, Rusiyaya qarşı texnika hücumlarından danışırlar.
Qərb ölkələri bizə qarşı nüvə şantajı da daxil olmaqla bütün təhdidləri nümayiş etdirir.
Rusiya ilə birləşmək arzusunda olan insanlarımızı Qərb dəstəkli Ukraynanın əlinə tərk edə bilmərik. Onların öz taleyini müəyyənləşdirmək məsələsində səmimi istəklərinə cavab verməkdən çəkinməyəcəyik. Rusiya hökuməti referendumları dəstəkləyəcək. Ərazi bütövlüyümüzə təhdid olarsa, Rusiya mövcud olan bütün hərbi silahlardan istifadə edəcək" - Rusiya prezidentinin açıqlamasında deyilir.
Putin xüsusi hərbi əməliyyatda könüllülərin və Donbas yaraqlılarının hüquqi statusunun Rusiya Federasiyasının hərbçilərinə bərabərləşdirilməsi barədə göstəriş verib.
Tahir TAĞIYEV