Serbiya prezidentindən qorxudan açıqlama - Dünyada görünməmiş miqyasda müharibələr başlayacaq, sərhədlər dəyişəcək, Vuçiç tarix də açıqladı

img

Serbiya prezidenti Aleksandar Vuçiç yaxın gələcəkdə dünyada görünməmiş miqyasda münaqişələrin olacağını və bu münaqişələrin İkinci Dünya Müharibəsindən sonra bir ilk olacağını vurğulayıb.

Ukraynadakı münaqişə səbəbindən böyük müharibənin baş verə biləcəyini deyən Vuçiç bir çox bölgələrdə sərhədlərin dəyişəcəyini də bildirib.

"Məncə, biz xüsusi hərbi əməliyyat mərhələsindən böyük müharibəyə yaxınlaşırıq. Əsl sual sərhədlərin harada olacağıdır", - Vuçiç bildirib.

Vuçiç Rusiya və Çinin Qərblə münasibətlərində daha böyük fəsadlara səbəb ola biləcək gərginlik gözlədiyini bildirib.

"Qarşıdakı dövrdə görəcəyimiz hər şey Qərblə Rusiya, Qərblə Çin arasında münasibətləri daha da çətinləşdirəcəyini gözləyirəm", - Vuçiç bildirib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər