BMT baş aktibi Antoni Quterreş çərşənbə axşamı dünya liderləriylə görüşündən qabaq vacib açıqlamalar verib. Baki-xeber.com "Associated-Press"-ə istinadən bildirir ki, A.Quttereşin fikrincə dünya liderləri iqlim böhranı, müharibələr, sosial bərabərsizliklərə qarşı birgəmübarizə aparmalıdırlar. Bunun üçün ilk növbədə fikir ayrılıqlarına son qoyulmalıdı.
Baş katib çıxışında alov içində olan planeti xilas etməklə yanaşı davam edən "COVİD 19"-a qarşı da mübarizə aparılmalı olduğunu bəyan edib. Həmçinin inkişaf etməkdə olan ölkələrin bərpası üçün maddi imkanların olmaması diqqətə çatdırılıb. A.Quttereş ənənəvi BMT toplanlantısında dünyanın vəziyyəti barədə məruzə edəcək. BMT sözçüsü Stephan Dujjarikin fikrincə bu hesabat çıxışı olacaq. BMT-nin 77 ci toplantısı dünyada soyuq müharibədən bəri görünməmiş böhran şəraitində keçirilir.
Ceyhun MİRZƏLİ