Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem Ukraynanın özünün müdafiəsi üçün kifayət qədər silahı olduğu, lakin əks-hücum üçün sursata ehtiyacı olduğunu söyləyib. Baki-xeber.com "ERR News"-a istinadən məlumat verir ki, generalın rəyinə görə işğal edilmiş Ukrayna ərazilərində qətllər və işgəncələr törədilir. Kiyevin ərazilərini son surətlə azad edib-etməyəcəyini eston general belə şərh edib: "Onların müdafiəsi çökdü. Ukrayna bundan istifadə edir. Ukrayna İzyum istiqamətində yeni məlumatlatlar toplayırlar. Rusiyanı bacaqrdıqca zəiflədirlər. Xersonda da vəziyyət eyniylədi. Ukrayna qüvvələri axtardıqları məlumatları tapsalar rusların orada qalması ehtimalı azala bilər. Bundan sonra onların həmin ərazilərdə nə qədər qalması sual altındadı.
M.Herem oktyabrda ukraynalıların durumunun çətinləşə biləcəyini deyib. O Ukrayna ordusuna uzunməsafəli silahlardan bacaqrdıqca istifadə etməyi təklif edib.
Ceyhun MİRZƏLİ